Xətaidə yamac uçdu, təhlükə davam edir? - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ
Hadisə
17.10.2024 16:13
"Xətai rayonu ərazisində baş verən
sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur
kütləsinin uçması olub".
TodayPress xəbər verir ki, bu barədə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin
idarə heyətinin sədri Əli Əliyev məlumat yayıb.
Bildirilib ki, agentliyin mütəxəssisləri
tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə
ciddi təhlükə yoxdur.
"Uçmuş süxur kütləsinin ərazidən
götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata
keçiriləcək".
***
13:31
"Xətai rayonu ərazisində baş verən
sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında
Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir".
TodayPress xəbər verir ki, bu barədə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin
idarə heyətinin sədri Əli Əliyev məlumat yayıb.
"Ərazidə araşdırma və
monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".
O, qeyd edib ki, son günlər ölkə ərazisində
müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji
proseslərin dinamikasında aktivlik müşahidə olunur.
tag: Xətai,Sürüşmə,Torpaq,Geoloji ,Əli Əliyev,todaypress.az,