Xətaidə dəhşətli yanğın: Xəzər TV-nin işçiləri təxliyə edildi - YENİLƏNDİ - FOTO
Hadisə
27.09.2024 16:21
Bakının Xətai rayonunda boya sexində baş verən yanğın söndürülüb.
TodayPress xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
***
15:47
Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
TodayPress xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır.
***
15:00
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
14:09
Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın baş verib.
TodayPress xəbər verir ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
TodayPress-in əldə etdiyi məlumata görə, hazırda yanğın səbəbindən “Xəzər” televiziyasının əməkdaşları təxliyə edilir.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
tag: Yanğın, 8 Noyabr Prospekti ,Nəqliyyat Vasitələri ,Hadisə ,Xətai ,todaypress.az,
![photo](/uploads/news/66f6996baef2c.jpg)
![photo](/uploads/news/66f699790e229.jpg)