Xətai rayonunda yolu keçən ana və qızı avtomobil vurdu
Hadisə
05.06.2024 01:59
Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.
TodayPress xəbər verir ki, qəza Gəncə prospektində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Fəridə Quliyeva anası 1967-ci il təvəllüdlü Rəsmiyyə Quliyeva yolun əks tərəfinə keçərkən onların hər ikisini avtomobil vurub.
Yaralılar hər ikisi ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır(apa).
tag: Xətai Rayonu, Bakı, Gəncə Prospekti, Xətai Rayon Polis İdarəsi,todaypress.az,