Xətai rayonunda yanğın söndürüldü -Yeniləndi

Hadisə

15.04.2025 17:20

11

Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***

17:00

Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

TodayPress xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.


tag: Yanğın ,Polis,DİN,Təhlükəsizlik,todaypress.az,