Xətai rayonunda yanğın baş verdi

Hadisə

27.09.2024 13:53

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

İlkin məlumatlara əsasən, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

tag: Yanğın,Xətai,Polis,Süleyman Əhmədov,Küçə,todaypress.az,