Xaçmazda yol qəzasında piyada öldü, sərnişinlər yaralandı
Hadisə
09.11.2024 22:11
Xaçmaz rayonun Yergüc kəndində piyadanın
ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, Xaçmaz – Quba avtomobil
yolunun Yergüc kəndindən keçən hissəsində Üçgün kənd sakini 1970-ci il
təvəllüdlü Hafizov Elçin Bahəddin oğlu yolu keçərkən “Opel” markalı minik
avtomobili onu vurub.
E.Hafizov aldığı müxtəlif dərəcəli xəsarətlərdən hadisə
yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil
verilib.
Avtomobildə olan sərnişinlər – 1989-cu il təvəllüdlü
İbrahimov Eldəniz Musa oğlu və 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Babək oğlu
müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
tag: Xaçmaz, Qəza, Ölüm, Yol, Opel, todaypress.az,