Xaçmazda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldı

Hadisə

18.10.2024 11:48

1549

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan TodayPress-ə  verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri profilaktik tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdığı aşkar edilib.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

tag: DİN, Quba, Azyaşlı, Tədbir, Araşdırma, todaypress.az,