Xaçmazda yeniyemə qız itkin düşdü
Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı aprelin 12-si səhər saat 08:30 radələrində repetiror yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.
DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan TodayPress-ə bildirilib ki, onun barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” - Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
tag: DİN, Xaçmaz,itkin, Qız, 13 Yaşlı, Quba, todaypress.az,