Xaçmazda süpürgəçi qadını maşın vurub öldürdü

Hadisə

31.10.2024 13:05

Xaçmaz şəhərində süpürgəçi qadını avtomobil vurub.

TodayPress xəbər verir ki, "VAZ 21011" markalı nəqliyyat vasitəsi Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü Zərifə Musa qızı Əliyevanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Qəzanı törədən sürücü saxlanılıb.

Z.Əliyeva Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır. Faktla bağlı araşdırmalar davam etdirilir.

tag: Xaçmaz, Qəza,Ölüm, Hadisə, todaypress.az,