Xaçmazda qatar vuran gənc öldü
Xaçmaz şəhəri ərazisində gənc oğlanı qatar vurub.
TodayPress xəbər verir ki, hadisə Xaçmaz - Niyazabad avtomobil yolunun dəmiryolu ilə kəsişməsindəki avtomobil körpüsünün yaxınlığında baş verib.
Xaçmaz şəhər sakini Abdullayev Kənan Mehrab oğlu qatarın altında qalması nəticəsində ölüb.
İlkin məlumata görə, onu özünü qatarın altına aldığı ehtimal edilir. Kənan Abdullayev ailəli idi, 1 azyaşlı övladı var.
Faktla bağlı araşdırma başlanılıb.
tag: Xaçmaz,Ölüm,Gənc,Dəmiryolu,todaypress.az,