Xaçmazda minik avtomobilləri toqquşdu, yaralananlar var

Hadisə

08.01.2025 01:44

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “VAZ 2109” və “Audi” markalı minik avtomobilləri toqquşub. Hadisədə “VAZ 2109”-da olan sürücü və sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.

tag: Xaçmaz, Qəza, Minik Avtomobil, Nərəcan, Yol-Nəqliyyat, todaypress.az,