Xaçmazda çaydan kişi meyiti tapıldı

Hadisə

20.10.2024 04:44

1631

Xaçmaz rayonunda çaydan kişi meyiti tapılıb.

TodayPress xəbər verir ki, hadisə rayonun İstisu qəsəbə sakini 1954-cü il təvəllüdlü Mehdixanov Əlixan Vəlixan oğlunun cəsədi qəsəbə ərazisindən keçən çaydan tapılıb.

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyini və üç gün əvvəl evdən çıxaraq bir daha qayıtmadığı bildirilir.

Ə. Mehdixanovun meyiti çaydan çıxarılıb və tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Meyit, Ruhi Xəstə, Xaçmaz, İstisu, todaypress.az,