Xaçmazda avtomobil çaya düşdü, iki nəfər öldü

Hadisə

06.11.2024 07:35

Xaçmaz rayonunda yol qəzası baş verib.

TodayPress xəbər verir ki, “BMW” markalı minik avtomobili rayon ərazisindən keçən “Ağçay” çayına düşüb.

İlkin məlumata görə, minik avtomobilində olan iki nəfər dünyasını dəyişib.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Xaçmaz, Qəza, Ölüm, BMW, Yol, todaypress.az,