Vətəndaşların bank kartlarından 30 min manat oğurlandı
32306 manat zərər! Cinayətkar bilir ki, aldadacaq, vətəndaşın bank kartını talayacaq. Ona görə də ən sadə üsulla, məhz vətəndaşı yalanlarla yönəldib şəxsi məlumatlarını ələ keçirir.
TodayPress xəbər verir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi hesab olunan məlumatlar pulun olduğu elektron seyfin açarlarıdır.
Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik.
Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
tag: DİN,Kibercinayətkarlıq ,Kart,Oğurluq,Todaypress.az,