Vətən müharibəsi qazisi intihara cəhd etdi- YENİLƏNDİ

Hadisə

24.04.2025 21:50

12

Vətən müharibəsi qazisi 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli)  saat 18:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TodayPress xəbər verir ki, bu haqda TƏBİB-in açıqlamasında deyilir.

Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

21:10

Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.

TodayPress xəbər verir ki, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.

tag: İntihar, Goranboy, Vətən Müharibəsi, Qazi, todaypress.az,