Ucarda zəncirvari qəza oldu, xəsarət alanlar var
Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var.
TodayPress xəbər verir ki, hadisə gündüz saatlarında rayonun H. Əliyev prospektində baş verib.
Prospektdə hərəkətdə olan "VAZ- 2106", "VAZ- 2107" və "FORD" markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri- 1979- cu il təvəllüdlü Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı, 1972-ci il təvəllüdlü Aybəniz Eldar qızı Məmmədova, 1998- ci il təvəllüdlü Hüseyin Bəxtiyar oğlu Xəlilov və Göyçay rayon sakini, 1964- ci il təvəllüdlü İntiqam Kərim oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
(APA)
tag: Ucar,Qəza,Hadisə,Göyçay,todaypress.az,