Ucarda "Qaz-31" markalı minik avtomobili yandı
Hadisə
10.01.2025 00:55
Ucarda minik avtomobili yanıb.
TodayPress xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun rayonun Qaracallı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Şakir Nəsib oğlu Yusifovun idarə etdiyi "Qaz-31" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
İlkin
ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub.
tag: Qaz-31, Avtomobil, FHN, Yanğın, Bakı-Qazax, Qaracalı, todaypress.az,