Ucarda 65 yaşlı qadın yıxılaraq öldü

Hadisə

20.12.2024 09:39

Ucarda qadın yıxılaraq ölüb.

TodayPress-in xəbərinə görə, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü, Quliyeva Gülarəxanım Abbas qızı yaşadığı evdə öz ehtiyatsızlığından yıxılaraq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq qadın ölüb.

Araşdırma aparılır.

tag: Ucar, Yaşlı, Qadın ,Ölüm, todaypress.az,