Ucarda 2 ailənin yaşadığı ev yandı
Hadisə
20.12.2024 01:49
Ucarda 2 ailənin yaşadığı fərdi yaşayış evi yanıb.
TodayPress xəbər verir ki, hadisə rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.
Süsən Nəsrəddin
qızı Nürəddinovaya və Gülsabah Pənah qızı Manafovaya məxsus ümumi sahəsi 160
kvadratmetr olan 1 mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinin 1 otağı və
talvarı tamamı ilə, digər 1 otaq isə qismən yanıb.
Hadisə yerinə
FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası
cəlb olunub.
Yanğınsöndürənlərin
səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə
olunub.
İlkin ehtimala
görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt
araşdırılır.
tag: Hadisə, Yanğın, Ucar, Ev, Yaşayış, todaypress.az,