Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürdü
Hadisə
27.12.2024 00:59
Ucar rayonunda piyadanın ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə gecə saatlarında Ucar-
Zərdab avtomobil yolunun rayonun Xalac kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu keçən piyada Xalac kənd sakini Yasin Ehtiram oğlu
Məmmədovu yük maşını vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Ucar, Yol-Nəqliyyat, Ölüm, Piyada, Zərdab, todaypress.az,