Türkiyədən gətirilən bioloji aktiv qida məhsulları məhv edildi
Hadisə
09.10.2024 12:50
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
TodayPress xəbər verir ki, tədbirlər çərçivəsində "Healty Life" MMC-nin və "Caspi Pharm" MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsulu partiyalarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Qeyd olunan bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır:
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.
tag: Dərmanlar, Uyğunsuzluq ,AQTA ,İdxal Olunan Məhsullar ,Bioloji Aktiv Qida ,todaypress.az,