Toydan 2 yaşlı uşağı oğurlayan şəxs saxlanıldı

Hadisə

20.04.2025 00:01

19

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.

TodayPress xəbər verir ki, 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov uşağı oğurlayaraq yaşadığı evə gətirib.

O, uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan T.Omarov polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Araşdırma aparılır.

tag: Ağstafa, Oğurluq, Uşaq, Qız,Göycəli, Toy, todaypress.az,