Toy və yas maşınları toqquşdu, ölən və yaralananlar var

Hadisə

28.12.2024 13:18

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

TodayPress xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.

Məlumata görə, “VAZ 2107”də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.

“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.

tag: Biləsuvar ,Qəza ,Ölüm ,Sərnişin, todaypress.az,