Tovuzdakı ağır yol qəzası ilə bağlı cinayət işi başlanıldı
Hadisə
27.11.2024 23:54
Tovuzda 5 hərbi qulluqçu olmaqla, 6 nəfərin
ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
TodayPress xəbər verir ki, qəza ilə bağlı Cinayət
Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin
ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq
ekspertizalar təyin edilib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın
27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi
avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu
- baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın
oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu
vəfat edib.
tag: Qəza, Tovuz, Hərbiçi, Ölüm, Cinayət İşi, todaypress.az,