Tovuzda zəhərlənən tələbələrin vəziyyəti AÇIQLANDI

Hadisə

24.12.2024 18:40

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 

Bu barədə TƏBİB-dən TodayPress-in sorğusuna cavab olaraq bildirilib.  

Qurumdan verilən məlumata görə, 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.  Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərləniblər.

Günəş Mərd

tag: TƏBİB,Tovuz ,Xəstəxa,Zəhərlənmə,Peşə Təhsili Mərkəzi,Tələbə,todaypress.az,