Tovuzda sel fəsadlar törətdi

Hadisə

17.04.2025 01:34

9

Tovuzda sel suları fəsadlar törədib.

TodayPress-in məlumatına görə, bu gün yağan güclü yağışdan sonra rayonun Əsrik kəndinə sel gəlib. Nəticədə kənd sakinə məxsus evin hasarı uçub, bundan başqa bir minik maşını hasarın altında qalıb. Sel suları kənddə bir neçə evin həyatinə dolub.

Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.


tag: Sel, Tovuz, Əsrik, Kənd, Fəsad, Külək, Ev, Uçqun, todaypress.az,