Tovuzda məktəbdə 5 şagird dəm qazından zəhərləndi
Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Qiymət Mahir
tag: Tovuz,Məktəb,Şagird,Zəhərlənmə,Todaypress.az,