Tovuzda azyaşlı yıxılaraq öldü

Hadisə

10.12.2024 12:45

Tovuzda 2 yaşlı uşaq yıxılaraq ölüb.

TodayPress-in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. 2022-ci il təvəllüdlü Z.M. yaşadıqları evin pilləkənindən yıxılıb. 2 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

tag: Azyaşlı ,Tovuz, Ölüm, Uşaq, todaypress.az,