"Tik-Tok"da canlı yayım açan həkimə xəbərdarlıq edildi - RƏSMİ

Hadisə

19.02.2025 11:43

2627

Cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

"Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib" deyə məlumatda bildirilib. 

Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok”da canlı yayım açıb.

Töhfə Səməd

tag: Cərrah ,Ruslan Ağayev,Səhiyyə Nazirliyi,Etik Davranış ,Həkim,todaypress.az,