Tərtərdə avtomobillər toqquşub, xəsarət alanlar var

Hadisə

09.05.2025 21:00

21

Tərtərdə ağır yol qəzası baş verib.

TodayPress xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

tag: Tərtər, Yol-Nəqliyyat, Sarıcalı, Avtomobil, todaypress.az,