Tərtər sakini Bakıda narkotiklə saxlanıldı
Hadisə
05.01.2025 10:48
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Tərtər rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunan Ş.Həsənli saxlanılıb.
Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Üzərinə baxış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
tag: DİN,Narkotik,Araşdırma,Sabunçu RPİ,Todaypress.az,