Tərtər çayında boğulan yeniyetmənin meyiti tapıldı

Hadisə

09.05.2025 20:40

20

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə  TodayPress-ə nazirlikdən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.ə

tag: FHN,Tərtər, Bərdə, Çay, todypress.az,