Təcili yardım maşını 20 yaşlı oğlanı öldürdü

Hadisə

21.02.2025 22:14

1952

Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb.

TodayPress xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən gənc oğlanı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Goranboy, Təcili Yardım, Piyada, Ölüm, Hadisə, todaypress.az,