Taylandın ən böyük heyvan bazarı yandı - Minlərlə heyvan tələf oldu
Hadisə
11.06.2024 22:34
Taylandın paytaxtı Banqkokda məşhur heyvan bazarında yanğın baş verib.
TodayPress xəbər verir ki, baş verən yanğında minlərlə heyvanın tələf olduğu açıqlanıb.
Çatuçak Regional Ofisindən verilən açıqlamada yanğının bu gün səhər saatlarında baş verdiyi və bölgəyə gələn yanğınsöndürmə qruplarının yanğını söndürdüyü bildirilib.
118 Zoomağazanın olduğu ərazidə baş verən yanğın nəticəsində minlərlə heyvanın tələf olduğu bildirilib. İlkin məlumatlara görə, yanğın itlər satılan mağazada başlayıb. Yanğının səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
GÜNEL
tag: Tayland, Yanğın, Zoomağaza, Heyvan bazarı, todaypress.az,