Talqat Lastayev: Təyyarə qəzadan əvvəl Qazaxıstan hava limanı yaxınlığında 2 dövrə vurdu

Hadisə

26.12.2024 02:44

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi qəzaya uğramazdan əvvəl Qazaxıstanın Aktau hava limanını iki dəfə dövrə vurub.

TodayPress xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

"Qazaxıstan Respublikasının hava məkanına daxil olduqdan sonra təyyarə Aktau aerodromunun yaxınlığında iki dövrə vurub və üçüncü dövrə vurarkən yerə düşüb. Bütün tapıntılar əsasında bu gün nəqliyyat nazirinin əmri ilə yaradılmış təyyarə qəzasının araşdırılması üzrə komissiya vaxtında müvafiq nəticələr çıxaracaq. İndi kimisə günahlandırmaq tezdir" deyə o vurğulayıb.

Aynur TAC

tag: AZAL,Qazaxıstan, Aktau, Azərbaycan, Talqat Lastayev, todaypress.az,