Taksi ilə yük maşını toqquşdu, xəsarət alan var
Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə hadisə saat 06:10 radələrində baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən TodayPress-in sorğusuna cavab olaraq bildirib ki, “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb:
"Faktla bağlı araşdırma aparılır”.
tag: Taksi,YÜk MAşını,Toqquşma,HAdisə,Todaypress.az,