Suriyanın xarici işlər naziri ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək
Hadisə
31.12.2024 02:03
Suriyanın
yeni xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilk rəsmi xarici səfərini Səudiyyə
Ərəbistanına səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə o “X” səhifəsində bildirib.
"Mən
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səuddan
krallığa səfər etmək üçün rəsmi dəvət aldım. Bu dəvəti məmnuniyyətlə qəbul
edirəm, ilk rəsmi səfərdə ölkəmi təmsil etmək mənim üçün şərəfdir"
əl-Şeybani vurğulayıb.
O
əlavə edib ki, Suriyanın yeni hakimiyyət orqanları Ər-Riyadla bütün sahələrdə
strateji əlaqələr qurmağa ümid edir.
Hələlik səfərin tarixi dəqiqləşdirilməyib.
Aynur TAC
tag: Suriya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Əl- Şeybani, todaypress.az,