Suraxanıda yanğın baş verdi: Hava limanı istiqamətində hərəkət məhdudlaşdırıldı - FOTO - YENİLƏNDİ

Hadisə

30.08.2024 18:20

Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

16:53

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

TodayPress xəbər verir ki, bu barədə Nazirlikdən məlumat yayılıb.

Bildirilib ki, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

16:46

 ***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazisindəki obyektdə baş verən yanğın səbəbilə müraciət daxil olub.

TodayPress xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib.

Hazırda təcili tibbi yardım briqadaları hadisə yerindədir.

16:03

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat yayıb. 

Onun sözlərinə görə, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın başlayıb.

15:34

 ***

TodayPress xəbərt verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

tag: Bakı, Suraxanı, Fövqəladə Hallar Nazirliyi,Dövlət Yanğından Mühafizə Xidməti ,Yanğın, todaypress.az,

photo