Suraxanıda binada yanğın çıxdı, sakinlər təxliyə olundu
Hadisə
26.11.2024 18:17
Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi baş verib.
TodayPress Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Bakı,Suraxanı,Yanğın,Bina,Sakinlər,todaypress.az,