Suraxanıda 60 yaşlı qadını avtomobil vurdu
Hadisə
29.09.2024 04:44
Bakının Suraxanı rayonunda piyadanın
xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, Hövsan qəsəbəsində avtomobil
yolu keçən 1964-cü il təvəllüdlü Həmidova Sevil Amanşah qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya
çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
tag: Hövsan, Maşın, Qəza, Xəstəxana, todaypress.az,