Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürdü

Hadisə

03.05.2025 21:55

22

Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.

TodayPress xəbər verir ki,, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

tag: Sumqayıt, Piyada,Ölüm,Hadisə, todaypress.az,