Sumqayıtda yol qəzası zamanı bir nəfər öldü

Hadisə

28.09.2024 10:50

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

TodayPress məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Ford Transit” markalı avtomobillə “Mercedes Atego” markalı yük avtomobili toqquşub. Nəticədə “Ford” da olan sərnişin Elşad Fərəcov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

tag: Sumqayıt, Hadisə ,Araşdırma ,Yol-Nəqliyyat ,Ağır Xəsarət ,todaypress.az,