Sumqayıtda yaşayış binasında yanğın baş verdi

Hadisə

22.12.2024 11:37

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb. 

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Sumqayıt,Mənzil,Yanğın ,FHN,Todaypress.az,