Sumqayıtda yanğın baş verdi
Sumqayıtda yanğın baş verib.
TodayPress xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində hər biri 500 və 800 kvadrat metr olmaqla 2 ayrı sahədə qeydə alınıb.
Əraziyə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın fərdi yaşayış evlərinə keçmədən qısa müddət ərzində söndürülüb.
Yanğının səbəbi araşdırılır.
tag: Sumqayıt,Yanğın,FHN,todaypress.az,