Sumqayıtda üzərinə qapı şüşəsi düşən 12 yaşlı uşaq öldü

Hadisə

05.07.2024 21:14

Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.

TodayPress xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.

2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: todaypress.az, Sumqayıt, Şüşə, 1-ci mikrorayon, 2012,