Sumqayıtda su sayğaclarını oğurlayan qadınlar tutuldu

Hadisə

19.04.2025 22:20

6

Sumqayıtda müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb.

Daxili İşlər Nazirliyindən TodayPress-ə verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı A.Məhərrəmov, 33 yaşlı A.İskəndərova və 31 yaşlı S.İskəndərova tutulublar.

Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

tag: Sumqayıt, Polis, Oğurluq, Qadın,Psixotrop, todaypress.az,