Sumqayıtda silah-sursat aşkarlandı
Sumqayıt şəhərində silah-sursat aşkar edilib.
TodayPress xəbər verir ki, hadisə şəhərin Bulvar ərazisində qeydə alınıb. Ərazidən 1 ədəd 7,62 “AK” markalı “Kalaşnikov” avtomatı, 1 ədəd sandıq və 30 ədəd həmin avtomata aid güllələr aşkar olunub. Aşkar edilən silah-sursat polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
tag: Sumqayıt,Silah,Sursat,Avtomat,Todaypress.az,