Sumqayıtda qumbara partladı, 66 yaşlı kişi öldü
Hadisə
16.08.2024 12:33
Sumqayıtda partlayış olub.
TodayPress-in xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanındakı yaşayış binasında qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
tag: Sumqayıt, Partlayış, Əl Qumbarası, Baş Prokurorluq, Cinayət, todaypress.az,