Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı
Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.
TodayPress xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
tag: Sumqayıt, Bıçaqlanma, Münaqişə, Bıçaq, Hadisə, todaypress.az,