Sumqayıtda kişinin meyiti aşkarlandı
Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb.
TodayPress xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.
Faktla bağlı araşdırma aparılır.
tag: Meyit,Kişi,Sumqayıt,